Sorğu

Loading ... Loading ...

Təqvim

Июнь 2018
Пн Вт Ср Чт Пт Сб Вс
« Май    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Sumqayıtda məişət tullantılarının daşınması üzrə 2810 müqavilə imzalanıb

Sumqayıtda məişət tullantılarının daşınması üzrə 2810 müqavilə imzalanıb Sumqayıt şəhər İcra Hakimiyyətindən Trend News-a verilən məlumata görə, Təmizlik Departamenti tərəfindən cari ilin ötən dövrü ərzində şəhər və ətraf qəsəbələrdə məişət tullantılarının həcminin artması ilə əlaqədar olaraq 25 ədəd xüsusi təyinatlı avtomaşınlara 2 növbəli iş rejimi tətbiq edilib.
Departamentdən verilən məlumata görə, hazırda şəhərdə məişət tullantılarının toplanması üçün 220 ədəd tullantı qəbulu məntəqəsi mövcuddur ki, həmin məntəqələrdə də 1300 ədəd konteyner düzülüb. Sıradan çıxan konteyner tam təmir edilərək istifadəyə yararlı hala gətirilib, ərazilərdən toplanıb daşınan məişət tullantıları isə şəhər poliqonunda zərərsizləşdirilib.
Cari ilin hazırkı dövrünədək müəssisəyə 5 ədəd yeni tipli tullantı daşıyan avtomaşın və 1 ədəd ekskavator yükləyici alınıb. Məişət tullantılarının daşınması üzrə 2810 müqavilə imzalanıb, onların 1690-ı fiziki şəxslər, 1120-ni isə hüquqi şəxslər təşkil edir.

Trend

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com