Sorğu

Loading ... Loading ...

Təqvim

July 2020
M T W T F S S
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Şuranın dəstəyi ilə narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə məktəblilər arasında təbliğat aparılır

PRESS-RELİZ

“İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondu Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə məktəblilər arasında təbliğat işlərinin aparılması” layihəsi çərçivəsində Lənkəran (10 nömrəli məktəbdə), Masallı (4 nömrəli məktəbdə), Cəlilabad (7 saylı məktəbdə), Biləsuvar (4 nömrəli məktəbdə) rayonlarında və Şirvan şəhərində (15 nömrəli orta məktəbdə) 8-11-ci sinif şagirdləri arasında maarifləndirici tədbir keçirmişdir. Tədbirlərdə ümumilikdə 150-dən çox məktəbli iştirak etmişdir. Həm tədbirlərin keçirildiyi məktəblərə, həm də rayonların digər məktəblərinə layihə çərçivəsində hazırlanmış xüsusi maarifləndirici posterlər paylanmışdır. Tədbirin məqsədi məktəblilər arasında narkotik vasitələrin zərərləri barədə təbliğat aparmaq olmuşdur. Tədbirlərdə həmçinin Narkomaniya haqqında  ümumi anlayış, narkotik vasitələrin təsnifatı, zərərli vərdişlər, narkotiklərlə mübarizə istiqamətində mövcud qanunlar barədə geniş məlumat verilmiş, rol oyunları vasitəsi ilə problemin ciddiyəti uşaqlara bir daha aşılanmışdır.

Mətbuat Xidməti

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]