Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Sürücülərin nəzərinə: Qanuna dəyişiklik gözlənilir

ASA rəhbəri məsələyə münasibət bildirdi.

Hələlik təkliflər hazırlanma mərhələsində olduğuna görə, qanuna dəyişikliyin olub olmayacağı təkliflər əlimizdə olduqdan sonra müzakirə olunacaq. Ola bilsin ki, qanuna dəyişiklik olsun, ola bilsin ki, yox.

Oxu.Az-a bu sözləri Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov “sürücülərin avtomobillərin icbari sığortasından yayınma hallarının aradan qaldırılması ilə bağlı qanuna dəyişiklik nəzərdə tutulurmu?” sualına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dəyişiklik olsa belə bu, sadəcə layihə kimi qaldırıla bilər.

Bundan əlavə, Bayramov qeyd edir ki, qanuna dəyişiklik olmasa belə, sürücülük ixtiyarı verən sənədlər içərisində icbari sığortanın vacib şərt kimi qoyulması bu nəzarətin qanuna dəyişiklik olmadan belə yüksək olduğunu göstərir.

Qeyd edək ki, müstəqil ekspertlər isə bildirir ki, məsələdən çıxış yolu kimi İnzibati Xətalar Məcəlləsinin müəyyən maddələrinə əlavə və düzəlişlər edilməlidir.

Xatırladaq ki, məsələ ilə əlaqədar bir müddət əvvəl Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcbari sığorta komitəsinə tapşırılmışdı ki, komitə üzvləri tərəfindən qısa zamanda beynəlxalq təcrübə öyrənilməklə təkliflər hazırlanıb ASA-ya təqdim edilsin.

Məlumat üçün bildirək ki, ASA-nın 2015-ci ilin yanvar-may ayları üzrə hazırladığı son statistikaya görə, qeyri-həyat sığortası üzrə yığımların 20%-i və ya 30 milyon manatı avtomobillərin icbari sığortasının payına düşüb. Sığortanın bu növü üzrə ödənişlərin 26,1%-i və ya 12,9 milyon manatı avtomobillərin icbari sığortasının payına düşüb.
/oxu.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]