Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

TANAP-ın dəniz sahəsinin tikintisi üzrə tenderin iştirakçıları açıqlandı

Türkiyədə Transanadolu qaz kəmərinin (TANAP) dəniz sahəsinin tikintisi üçün elan edilmiş tenderdə 6 şirkət iştirak edəcək. Bu barədə Trend “Anadolu” agentliyinə istinadən məlumat verir.

Tenderdə “Micoperi S.r.l.”, “MRTS-Fernas İnşaat AŞ Joint Venture”, “Saipem S.p.A”, “Swiber Offshore”, “Construction PTE LTD, TL Offshore Sdn. Bhd”. (a Sapura Kencana Petroleum Group Company) və “Valentine Maritime LTD Honeywell AŞ” şirkətləri iştirak edəcəklər.

Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.

TANAP boru kəmərinin ilkin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetr (31 milyard kubmetrədək artırma imkanı ilə) təşkil edəcək.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]