Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

TANAP layihəsində boruların daşınmasını “CEVA Logistics” şirkəti həyata keçirəcək

İstanbulda Trans-Anadolu qaz boru kəməri – TANAP konsorsiumu bu layihə çərçivəsində boruların daşınması və logistik xidmətlərin göstərilməsi üçün “CEVA Logistics” şirkəti ilə müqavilə imzalayıb.

AZƏRTAC “CEVA Logistics” şirkətinin rəsmi saytına istinadən xəbər verir ki, müqaviləyə görə şirkət 1,2 milyon ton ağırlığında olan polad boruların Türkiyənin Ərdahan şəhərindən Ədirnəyə kimi 20 əyalətindən keçməklə 1850 kilometr məsafədə daşınmasını həyata keçirəcək. Daşınma işlərinin üç mərhələdə həyata keçirilməsi və 2018-ci ildə yekunlaşdırılması planlaşdırılıb.

“CEVA Logistics”in Türkiyə və Balkan regionu üzrə icraçı direktoru Fuat Adoran bu layihədə iştirakdan qürur hissi keçirdiklərini bildirib. “Bizim böyük ölçülü boru kəmərlərinin daşınmasında zəngin təcrübəmiz var, ABŞ-da belə bir layihəni uğurla tamamlamışıq. Lakin “TANAP”ın miqyası daha böyükdür və region eləcə də Türkiyə bazarı üçün strateji əhəmiyyət daşıyır. Biz bütün işlərin nəzərdə tutulan vaxtda yekulaşacağına əminik”, – deyə o sözlərinə əlavə edib.
http://azertag.az/xeber/TANAP_layihesinde_borularin_dasinmasini_CEVA_Logistics_sirketi_heyata_kechirecek-867437

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]