Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Taner Yıldız: Türkiyə və Azərbaycan Xəzərlə Avropanı birləşdirən halqadır

TANAP regionun inkişafı və Avropanın enerji təhlükəsizliyinin təminatıdır

Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız hesab edir ki, nəinki Türkiyə, Gürcüstan və Azərbaycan, eləcə də bütün Avrasiyanın Transanadolu qaz kəməri layihəsinə (TANAP) ehtiyacı var.

O bildirib ki, TANAP özünün enerji potensialı ilə yanaşı, sabitliyə də xidmət edəcək: “TANAP layihəsinin Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin əyani sübutu olduğunu hesab edirəm”.

Nazir qeyd edib ki, “Cənub Qaz Dəhlizi”nin əsas hissəsi olan TANAP-ın inşası ilə Xəzər hövzəsindən Avropaya qaz tədarükü istiqamətində mühüm addım atılıb: “Azərbaycan və Türkiyə 2011-ci ilin dekabrında boru xəttinin inşası barədə saziş imzaladıqdan sonra tərəflər TANAP layihəsinin reallaşdırılmasında ciddi uğurlara imza atıblar. 2012-ci ilin iyununda Azərbaycan və Türkiyə arasında TANAP layihəsi ilə bağlı hökumətlərarası müqavilə imzalandı və bununla da dövlətlər layihəyə dəstəyini nümayiş etdirdi. Daha sonra 2013-cü il dekabrın 17-də “Şahdəniz” layihəsi üzrə yekun investisiya qərarı imzalandı”.

“Türx axını” ilə TANAP rəqibdir?

T.Yıldız “Türk axını” ilə TANAP layihəsinin rəqabəti məsələsinə də münasibət bildirib: “TANAP bir növ Türkiyənin məhsuludur. Siyasətimiz bu layihə üçün rəqib yaratmağa istiqamətlənməyib. Türkiyənin imkanları eyni vaxtda bir neçə layihə həyata keçirməyə imkan verir və onlar qətiyyən bir-birilərinə rəqib deyil”.

Nazir digər enerji layihələri arasında TANAP-ın xüsusi əhəmiyyətini qeyd edib: “TANAP heç bir layihəyə alternativ olmadığı kimi, bu və ya digər enerji layihələri də ona alternativ deyil”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]