Taxıl biçininə hazırlıq başa çatmışdır

Taxıl biçininə hazırlıq başa çatmışdırAzərTAc-a istinadən bildiririk ki, respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə biçin kampaniyasına hazırlıq işləri artıq başa çatmışdır. Təsərrüfatlarda mövcud olan 233 taxılbiçən kombayn, 250-dək nəqliyyat vasitəsi, traktor və qoşqular təmir olunub saz hala gətirilmişdir. Şəki regional aqroservis təchizat bazası cari mövsümdə fermerlərə 64 kombaynla xidmət göstərəcəkdir.
Əkin sahələrinin 50 min 617 hektarını buğda, təqribən 16 min hektarını isə arpa sahələri təşkil edir. Cari ildə rayonda taxıl istehsalının 150 min tona çatacağı proqnozlaşdırılır.

Mənbə: Azərbaycanda Regional İnkişaf Mərkəzi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com