Sorğu

Loading ... Loading ...

Təqvim

Сентябрь 2018
Пн Вт Ср Чт Пт Сб Вс
« Май    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Partnyorlarımız

Taxıl sahələrində zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri davam etdirilir

Şəkinin taxılçılıq təsərrüfatlarında 2012-ci ilin məhsulu üçün 70 min hektardan artıq sahədə taxıl əkini proqnozlaşdırılır. Fermerlər indiyədək 60 min hektara yaxın sahəyə taxıl əkmişlər. Hazırda əkin sahələrinə aqrotexniki qulluq tədbirləri davam etdirilir.
Şəhər icra hakimiyyətinin aqrar məsələlər şöbəsindən AzərTAc-a bildirmişlər ki, mütəxəssislər tərəfindən taxıl sahələrində aparılan müşahidələr zamanı havaların uzun müddət isti və quraq keçməsi səbəbindən 16 min hektar əkin sahəsinin taxıl hafı, taxıl mənənəsi, məftil qurdu, helmintostporios və digər zərərvericilərlə yoluxduğu müşahidə edilmişdir. Mövcud vəziyyətlə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunmuşdur. Nazirliyin rayona ezam olunmuş mütəxəssisləri �Qaratorpaq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi� MMC-də və digər təsərrüfatlarda müşahidələr aparmış, fermerlərə müvafiq məsləhət və tövsiyələr vermişlər. İndiyədək artıq 4 min hektar sahədə zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılmışdır və bu iş davam etdirilir. Həyata keçirilmiş tədbirlər müsbət nəticə vermişdir.

AzərTAc

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com