Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Ticarət şəbəkələri “kölgə ” kredit bazarının formalaşmasına şərait yaradır

“Azad İstehlakçılar Birliyi” ticarət şəbəkələrini malların kreditlə satışı haqqında məlumatları Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) verməyə məcbur etmək təklifi ilə hökumətə müraciət etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu birliyin eksperti Oleq Kuçerov mətbuat konfransında deyib.

Onun sözlərinə əsasən, ticarət şəbəkələri MKR-ə kreditlə mal alan alıcılar barədə məlumat vermirlər: “Bu isə rəsmi statistikada nəzərə alınmayan “kölgə” kredit bazarının yaranmasına səbəb olur. Apardığımız sorğuya əsasən, belə kreditlərin həcmi bankların verdiyi bütün pərakəndə kreditlərin 40 faizinə çata bilər”.

O.Kuçerov qeyd edib ki, hazırda ticarət şəbəkələrində kredit satışı dövlət səviyyəsində nəzarət olmadan həyata keçirilir: “Ticarət şəbəkələri bankda kreditləri öz şirkətlərinin adlarına rəsmiləşdirirlər. Üstəlik, onlar bankdan kreditləri illik 15-16 faiz dərəcəsinədək alırlar, əhaliyə isə malları kreditə bəzən 50 faiz dərəcəsi ilə satırlar”.

Ekspert əlavə edib ki, digər problem ticarət şəbəkələrinə kreditin rəsmiləşdirilməsi üçün minimum sayda sənədlərin lazım olmasıdır: “Müştəri bankdan kredit almaq üçün olduqca uzunmüddətli yoxlama prosedurundan keçir. Mağazalarda isə vəziyyət başqa cürdür: çox vaxt şəxsiyyət vəsiqəsini gətirmək kifayət edir və orada alıcının ödəmə qabiliyyəti çoxlarını maraqlandırmır. Nəticədə vətəndaş ödəyə bilməyəcəyi həcmdə kredit almaq riski ilə üzləşir”.

O, diqqətə çatdırıb ki, ticarət şəbəkələrində kreditləşmə heç bir normativ sənədlərlə tənzimlənmir, mağaza özü müəyyən qaydaları müəyyənləşdirir: “Buna görə də ticarət şəbəkələrində kreditə mal götürənin heç bir hüququ yoxdur, yalnız öhdəliyi var. Mübahisə yaranacağı təqdirdə, belə sənədlə məhkəmə instansiyaları vasitəsilə öhdəliklərin icrasına nail olmaq çox çətindir”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]