Sorğu

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« May    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ötən 11 ayda Qəbələdə 333 nəfər işə düzəlmişdir

Cari ilin 11 ayında Qəbələ rayonunda fəaliyyətdə olan istehsal müəssisələrinin genişləndirilməsi və yenidənqurulması, tikinti-quraşdırma işlərinin həyata keçirilməsi, yeni istehsal və turizm obyeklərinin istifadəyə verilməsi, kiçik və orta sahibkarlığın inkişafı nəticəsində 700-ə yaxın yeni daimi iş yeri açılmışdır.
Rayon məşğulluq mərkəzindən bildirmişlər ki, bu ilin 11 ayında rayonda işsiz və işaxtaran kimi 435 nəfər qeydiyyatdan keçmişdir. Onların 183 nəfərini qadınlar, 224 nəfərini gənclər təşkil edir.
Müraciət edənlərdən 333 nəfəri öz istəyinə uyğun daimi işlə təmin olunmuşdur. İşə düzələnlərin 155 nəfəri qadın, 153 nəfəri gənclərdir. Bundan əlavə, məşğulluq mərkəzi on bir ayda 20 nəfərə işsiz statusu vermiş, 32 işsiz vətəndaşa müavinət ödəmiş, 18 nəfəri haqqı ödənilən ictimai işlərə, 20 nəfəri isə kompüter istifadəçisi və telefon aparatlarının təmiri üzrə mexanik kurslarına cəlb etmişdir.

AzərTAc

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com