Sorğu

Loading ... Loading ...

Təqvim

July 2020
M T W T F S S
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ötən il Azərbaycanın tikinti kompleksi də dinamik inkişaf etmişdir


Ölkə iqtisadiyyatının digər sahələri ilə yanaşı, tikinti kompleksi də dinamik inkişaf edir.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, 2011-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 12,8 milyard manat və ya əvvəlki ildəkindən 27,3 faiz çox vəsait yönəldilmiş və onun 80,3 faizi daxili mənbələr hesabına təmin edilmişdir. Sərf edilmiş sərmayələrin 43,1 faizi məhsul istehsalı, 56,9 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur.
Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 58,6 faizini təşkil etmişdir. 2011-ci ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bir sıra yeni tikili və obyektlər işə salınmış, yeni iş yerləri açılmışdır.
Bakı şəhərində �Hilton Bakı� hoteli, �Kempinski Badamdar� hotel və �Jumeirah Bilgah Beach Hotel� kompleksləri, müalicə-diaqnostika mərkəzi, metronun �Dərnəgül� stansiyası və tikinti materialları zavodu, Sumqayıt şəhərində Olimpiya İdman Kompleksi, Gəncə şəhərində fiziki qüsurlu insanlar üçün regional informasiya mərkəzi, Naftalan şəhərində �Çinar Hotel və SPA Naftalan� və �Qaşaltı� Sanatoriya kompleksləri, Xızı rayonunda müalicə-diaqnostika mərkəzi, Abşeron rayonunda mebel fabriki və AzMDF zavodu, Ağsu rayonunda şirə və şərab istehsalı zavodu, çörək zavodu və şəhər stadionu, Samux rayonunda meyvə qurudulması və emalı müəssisəsi, Ağcabədi şəhərində süd emalı zavodu və rayonun Ağabəyli kəndində �Atena� süd istehsalı və emalı kombinatı, Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolu (24,5 kilometrlik hissəsi), şahmat məktəbi, İmişli rayonunda qarışıq yem və bitki yağları fabrikləri istifadəyə verilmiş, İmişli-Qaravəlili-Mirili avtomobil yolunun 12 kilometrlik hissəsi yenidən qurulmuşdur.
Bundan başqa, həmin dövrdə Araz çayının yeni qolunun üzərində körpü (230 metr), Qəbələ rayonunda Beynəlxalq Aeroport, Olimpiya İdman Kompleksi, limonad zavodu və �Qafqaz Sport Hotel� mehmanxanası, Şəki rayonunda şərab zavodu, �Green Hill İnn� mehmanxanası, Qax rayonunda avtovağzal kompleksi, �El Resort� mehmanxanası, Oğuz rayonunda qarğıdalı emalı zavodu və qlükoza istehsalı müəssisəsi, Ucar rayonunda şahmat məktəbi, Göyçay rayonunda meyvə və tərəvəz saxlamaq üçün soyuducu anbar, Qobustan rayonunda taxıl anbarı kompleksi və eksperimental poliqon və tədris mərkəzi, Quba rayonunda avtovağzal binası, şahmat məktəbi və Quba-Qəçrəş-Qımılqazma avtomobil yolu (22 kilometr), Xaçmaz rayonunda kondensator zavodu yenidən qurulmuş və şahmat məktəbi istifadəyə verilmişdir.
Həmçinin Astara rayonunda qaz-kompressor stansiyası, Astara-Bala Şahağac avtomobil yolu (19 kilometrlik hissəsi), Tovuz rayonunda süd emalı zavodu, Olimpiya İdman Kompleksi, Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolu (53 kilometr), Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolu (36 kilometr), Kürdəmir-Ucar magistral avtomobil yolunun 42 kilometrlik hissəsi, Ağdaş-Ləki avtomobil yolu (12 kilometr) yenidən qurularaq istismara verilmişdir. Bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1milyon 922,3 min kvadratmetr olan yeni yaşayış evləri, 12 min 608 yerlik ümumtəhsil məktəb binaları, 254 çarpayılıq xəstəxana, 210 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 310 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub sakinlərin istifadəsinə verilmişdir.
AzərTAc

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]