Sorğu

Loading ... Loading ...

Təqvim

July 2020
M T W T F S S
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ötən il Yevlaxda bol bitkiçilik məhsulu istehsal olunmuşdur

Ötən il Yevlaxda bol bitkiçilik məhsulu istehsal olunmuşdur
Yevlax rayonunda bitkiçilik məhsulları istehsalında 2011-ci ildə uğurlu nəticələr əldə edilmişdir.
Rayon Statistika İdarəsindən AzərTAc-a bildirmişlər ki, torpaq mülkiyyətçiləri 2011-ci ilin məhsulu üçün 11 min 790 hektarda buğda, 2.264 hektarda arpa, 358 hektarda günəbaxan, 107 hektarda qarğıdalı, 918 hektarda pambıq, 586 hektarda kartof, 914 hektarda tərəvəz, 780 hektarda meyvə, 220 hektarda üzüm, 487 hektarda bostan bitkiləri becərmiş, bol məhsul əldə etmişlər.
Təsərrüfatlarda 37 min 439,7 ton buğda, 5.003,4 ton arpa, 1.013,9 ton günəbaxan, 503 ton qarğıdalı, 396 ton pambıq, 5 min 652 ton kartof, 10 min 182 ton tərəvəz, 53 min 327 ton bostan məhsulları, 9 min 438 ton meyvə, 2.194,2 ton üzüm istehsal olunmuşdur.

AzərTAc

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]