Sorğu

Loading ... Loading ...

Təqvim

May 2018
M T W T F S S
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Transanadolu qaz boru kəmərinin çəkilməsi Azərbaycana yeni strateji imkanlar yaradacaqdır.

Transanadolu qaz boru kəmərinin çəkilməsi Azərbaycana yeni strateji imkanlar yaradacaqdır.Transanadolu qaz boru kəmərinin çəkilməsi Azərbaycana yeni strateji imkanlar yaradacaqdır
Transanadolu təbii qaz boru kəmərinin (TANAP) yaradılmasının məqsədi, ilk növbədə, Azərbaycan qazının maneəsiz Avropa sərhədlərinə çıxarılmasıdır. Bununla strateji imkanlar yaranır. Bundan
Bakı, 29 dekabr (AzərTAc). Transanadolu təbii qaz boru kəmərinin (TANAP) yaradılmasının məqsədi, ilk növbədə, Azərbaycan qazının maneəsiz Avropa sərhədlərinə çıxarılmasıdır. Bununla strateji imkanlar yaranır. Bundan sonra bizim təbii qazımızı artıq sisternlərlə deyil, öz boru kəmərimizlə Bakıdan Gürcüstana, sonra Türkiyə sərhədindən Avropaya ötürmək imkanımız olacaqdır. Bu, strateji əhəmiyyətli bir amildir.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev demişdir. O qeyd etmişdir ki, TANAP-a investisiyalar qoyulacaq və kəmər gələcəkdə gəlir gətirəcəkdir. Əgər boru kəmərini BOTAŞ inşa etsəydi, ondan gələn gəlirləri də o götürəcəkdi. Biz tikdiyimiz üçün gəlirləri də biz götürəcəyik. Azərbaycan tərəfi öz təbii qazını özü nəql etdiyi üçün normal tariflər müəyyənləşdirə bilir.
Bununla yanaşı, bir sıra layihələr üzrə də danışıqlar aparıldığını deyən R.Abdullayev, bütün layihələrə baxılacağını və ən əlverişlisinin seçiləcəyini də diqqətə çatdırmışdır.

AzərTAc

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com