Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Turistlərin icbari sığortalanmasından nə gözləmək olar?

Azərbaycana gələn turistlərin icbari sığortalanması ölkənin sığorta bazarının gələcək inkişafı üçün yaxşı təkan olacaq. Bunu “Başak İnam Sığorta Şirkəti”nin İdarə heyətinin sədri Orxan Həsənov deyib.

Onun sözlərinə görə, bu məhsula daha ciddi maraq göstərsələr və sığortanın bu növünü qanuniləşdirsələr, yaxşı olardı.

O.Həsənov qeyd edib ki, xarici sığorta şirkətlərinin Azərbaycan klinikaları ilə əlaqələrinin olmadığına görə bu sığorta məhsuluna ehtiyac yaranıb. Buna görə də onların səyahət sığortası məhsulları Azərbaycanda işləmir.

O, əlavə edib ki, bu məhsul Azərbaycanda olan əcnəbi turistlərin sığortalanmasını nəzərdə tutur: “Yəni turistin başına gələcək hadisə nəticəsində ona tibbi yardım lazım olarsa, sığorta şirkəti turistin xərclərini ödəyəcək”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]