Sorğu

Loading ... Loading ...

Təqvim

Август 2018
Пн Вт Ср Чт Пт Сб Вс
« Май    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Turizm məlumat bazasının yaradılmasının vacibliyi

Geoinformasiya Texnologiyaları əsasında Turizm
bazasının yaradılmasının vacibliyi

Turizm – sosial və iqtisadi əlaqələri tənzimləyən, ölkələr arasında qarşılıqlı münasibətlər yaradan, mədəni-siyasi və kulturoloji funksiyaları realizə edən, biznes maraqlarının əhatə dairəsini genişləndirən sahələrdən biridir. Turizmin inkişafı regionlarda yerli əhalinin sosial-iqtisadi durumuna müsbət təsir göstərir və aşağıdakı məsələlərin həll edilməsinə şərait yaradır:
� İş yerlərinin açılması;
� Yerli əhalinin əlavə gəlir və qazanc əldə etməsi;
� İstehsal olunan yerli mallara tələbatın artması və daxili bazarın genişlənməsi;
� Xidmət və kommunal sahələrinin modernləşdirilməsi;
� Yeni texnologiyaların tətbiqi;
� Ətraf mühitə təsirin artması ilə bağlı olaraq mühafizə məsələlərinin gücləndirilməsi;
� Səhiyyə xidmətlərinin səviyyəsinin qalxması və s.

Hər bir turist öz fərdi maraqlarından asılı olaraq gəzdiyi yerlərin tarixini, mədəniyyətini, milli xüsusiyyətlərini, adət və ənənələrini və digər yerli cəhətləri öyrənməyə can atır. Bu da turistin dünyagörüşünü, mənəviyyatını, estetik duyumunu zənginləşdirir. Bundan başqa turist gəzdiyi yerlərin yaddaşında qalan xoş təssüratlarından bəhrələnməsinə imkan verir. Bu səbəbdən turizmin təşkili məsələlərində bu faktorları nəzərə almaq vacib məsələlərdəndir. Nəticə etibarilə turizm təşkilatları ərazidə mövcud olan flora və fauna, tarix və mədəniyyət abidələri, əhalinin adət və ənənələri, bölgənin özünəməxsus rəqsləri, istənilən regionda hansı milli geyimlərin olması və mətbəxi haqqında məlumatlara malik olmalıdırlar. Möhtəşəm qalaların, məbədlərin, körpülərin antropogen və ekzogen təsirlərə məruz qalması nəticəsində dağılması, ərazinin mədəni əhəmiyyətini itirməklə yanaşı həm də ölkəmizə gələn turistlərin maraq dairələrini də nəzərə çarpacaq dərəcədə məhdudlaşdırılmasına səbəb ola bilər. Bu baxımdan yuxarıda qeyd edilən obyektlərin dövlət və qeyri hökümət təşkilatları tərəfindən qorunmasına hər zaman ehtiyac vardır.
Turizm sahəsini daha da inkişaf etdirmək məqsədi ilə ölkənin turizm obyektlərinin fotoşəkilləri və mətn məlumatları web səhifələrdə yerləşdirilməli və xəritələşdirilməsi realizə edilməlidir. Bu xəritələrdə bütün turizm obyektləri, mədəni və tarixi abidələr və s. məlumatların öz əksini tapması vacib məsələlərdəndir. Xüsusi kitabçalar dərc olunmalı və ərazi haqqında məlumatlar, rəngli şəkillərin təsvir edilməsi təmin olunmalıdır.
Turizm bazasının formalaşdırılması və bu baza əsasında xüsusi xəritələrin tərtibi, şəbəkələrdən istifadə edərək turizm təşkilatları ilə Mədəniyyət və Turizm Nazirliyi arasında əlaqələrin yaradılması məsələlərinin həlli xüsusi texnologiyanın tətbiqini tələb edir. Bu baxımdan Coğrafi İnformasiya Texnologiyalarından (CİT) istifadə etməklə geoməlumat bazasının yaradılmasına zərurət vardır. Yaradılacaq Geoməlumat bazası (bundan sonra turizm bazası) turizm obyektlərini, mədəniyyət və tarixi abidələri, mehmanxanaları və digər turizm sahəsi ilə bağlı mühüm obyektləri təsvir etməklə yanaşı həmdə onlar haqqında mətn məlumatlarının da təsvirini təmin edəcəkdir.
Turizm sahəsinin təkmilləşdirilməsi ilə əlaqədar turizm bazasının yaradılması zamanı məkan məlumatlarının toplanması, mədəniyyət və tarixi abidələrin mətn məlumatlarını bazada əks etdirmək üçün atributların yaradılması, atribut məlumatlarının idarə edilməsi əsas məsələlərdəndir. Bu kimi məsələlərin həlli məqsədi ilə ArcGİS proqram təminatının imkanları araşdırılmışdır. Bundan başqa turizm bazası əsasında rəqəmli xəritələrin yaradılması da nəzərdə tutulur. Bu proqram təminatı əsasında tərtib olunan xəritələr digər proqram və qrafiki redaktorlarda hazırlanan xəritələrdən kəskin fərqlənir. ArcGİS, xəritə metodologiyasında tətbiq olunan bütün metodlardan istifadə edilmə imkanları ilə seçilir. Məsələn, xəritədə relyefi təsvir edən üsullar (yuma üsulu, hipsometrik üsul, horizontallar üsulu və s.), generalizasiyaya (ümumiləşdirmə) aid əməliyyatlar ArcGİS proqram təminatında alətlər paneli şəklində öz əksini tapır. Buna görə də ArcGİS proqram təminatı xəritələrin tərtib edilməsində, müvafiq bazanın formalaşdırılmasında və bir çox funksional imkanlarına görə seçilir. Çöl ölçmə işlərində istifadə edilən GPS (Global Positioning System) qəbulediciləri ilə ArcGİS proqram təminatı arasında əlaqələrin mövcudluğu sözü gedən proqramın geodeziya işlərinə də tətbiq edilməsindən məlumat verir. Bu baxımdan nəzərdə tutulmuş CİS xəritələrin tərtibi və turizm bazasının yaradılması məqsədi ilə məhz ArcGİS proqram təminatından istifadə etmək məqsədəuyğun hesab edilmişdir.
Turizm sahəsini inkişaf etdirmək məqsədi ilə yaradılacaq turizm bazasının formalaşdırılması üçün ilkin hazırlıq mərhələlərinə əməl olunması vacib məsələlərdəndir. Bundan irəli gələrək aşağıdakı addımların atılması tələb olunur:
� Coğrafi əsasın seçilməsi (Ölkənin əhatə etdiyi ərazinin kosmik şəkillərin emalı nəticəsində alınan ortofotolardan və yaxud emal edilməmiş müxtəlif miqyaslara malik kosmik şəkillərdən istifadə dilməsi);
� Ölkə ərazisinin, rayonların və qəsəbələrin sərhədlərinin dəqiqləşdirilməsi;
� Ortofotolara və digər kartoqrafik materiallara istinad edərək vektorizasiya əməliyyatların realizə edilməsi;
� Turizm bazasında təsvir olunacaq bütün obyektlərin topologiyasının aparılması (nəqliyyat yollarının, turizm marşrutlarının, turizm obyektlərinin topologiyasının yaradılması və aparılması );
� Küçə adlarının dəqiqləşdirilməsi və topoloji şəbəkənin yaradılması;
� Hidroqrafik elementlərin daxil edilməsi;
� Ərazinin flora və faunasını, tarix və mədəniyyət abidələrini, əhalinin adət və ənənələrini, bölgənin özünəməxsus rəqslərini, milli geyimləri və mətbəxi haqqında məlumatların toplanılması;
� Mədəniyyət və tarixi abidələr, mehmanxanalar və s. obyektlər haqqında qrafiki və mətn məlumatlarının toplanılması;
� Sorğu sistemlərinin hazırlanması (Turizm bazasında müxtəlif tematikaya görə xəritələşdirilməsi və məkan məlumatlarının bir araya gətirilməsi məsələlərinin realizə edilməsinə şərait yaradılması);
� Cədvəl məlumatlarına rastr məlumatların əlavə edilməsi;
� Yaradılacaq turizm bazasında laylar sisteminin tətbiq edilməsi və bu sistemdən istifadə edərək kartoqrafik məhsulların hazırlanması.
ArcGİS proqram təminatı vasitəsi ilə yaradılacaq turizm bazasında ArcCatalog bölməsinə müraciət etməklə personal databases (fərdi məlumat bazası) yaradılmasına zərurət vardır. Turizm bazasında yaradılacaq �shape�lər (shp �ArcGİS proqram təminatının genişlənməsi) turizm obyektləri haqqında məlumatları təsvir etməklə yanaşı onlar arasında topoloji bağlantını da təmin edəcəkdir. Obyektləri təsvir etdirən �shape�lərin müxtəlif formalarda olmalarını və eyni tipli obyektlərin qrup şəklinə salınmasını həyata keçirməklə yanaşı, obyekt haqqında məlumatları daxil etmək və əldə etmək üçün atributiv məlumatların sahə hissələrinin obyektlərə xas əlamətlərlə adlandırılmasının təmin edilməsi nəzərdə tutulur. Hər bir məlumatın informativliyini nəzərə alaraq, ona uyğun cədvəldə özəklərin yaradılması və hər bir özəyin müxtəlif tipli məlumatları əhatə etməsi də vacib proseduralardan biridir.
Metodiki olaraq ArcGİS, AutoCAD proqram təminatının və CorelDraw qrafiki redaktorunun funksional imkanları araşdırılmış və turizm bazasının yaradılmasında onlardan səmərəli istifadənin əsas prinsipləri aşağıdakı kimi müəyyənləşdirilmişdir:
– ArcGİS proqram təminatı turizm və digər obyektlərin koordinatla əlaqələndirilməsinin təmin edilməsində, məkan məlumatlarının konvertasiya olunmasında, rəqəmləşdirmənin dəqiq aparılmasında, layların yaradılmasında və s. mərhələlərin həyata keçirilməsində əlverişli hesab edilmişdir.
– AutoCAD proqram təminatı çöl ölçü avadanlıqları vasitəsi ilə planalma işləri əsasında əldə edilən nöqtələrin koordinatlarla turizm bazasına gətirilməsini təmin edəcəkdir.
– CorelDraw qrafiki redaktor vasitəsi ilə ölkədə tərtib olunmuş elektron turist atlaslarının oxunmasını təmin etməklə yanaşı həm də onların turizm bazasına gətirilməsi proseduralarına da şərait yaradacaqdır.
Yaradılacaq turizm bazasında təsvir olunacaq obyektlərin mətn məlumatları atribut cədvəldə aşağıdakı kimi öz əksini tapacaqdır:
Fid (sıra sayı);
Shape (obyektin forması � poliqon, nöqtəvi, xətti) ;
İd (identifikasiya);
Əmlakın adı;
Mərtəbəliliyi;
Tarixi;
Təyinatı;
Sahəsi;
Koordinatlar (x,y);
Vəziyyəti;
Rastr məlumatı (skanerdən keçirilmiş yaxud elektron xəritənin konvertasiya nəticəsində alınan qrafiki təsviri);
Qeyd (əlavələrin edilməsi);
Rayon;
Kənd;
Qəsəbə;
Küçə;
Döngə;
Unikal nömrəsi (eyni tipli obyektləri digər obyektlərdən ayırmaq üçün istifadə olunan nömrə);
Xidmətlər;
Marşrutlar;
Yerli mallar;
Adət və ənənələr;
Rəqsləri;
Milli geyimləri;
Milli mətbəxi;
Flora və fauna və s.

Turizm bazasında topologiyanın aparılması məsələlərinə də nəzarət edilməsi nəzərdə tutulur. Topologiyanın aparılması coğrafi obyektlər arasında məkan əlaqələrini tənzimləyəcək və onların tərkib hissələrinin əsasını təşkil etməklə yanaşı həm də keyfiyyətinə zəmanət verəcəkdir. Topologiya bazada fundamental rol oynayır, məlumatların yüksək səviyyədə idarəedilməsi kimi məsələlərin həllində özünü biruzə verir. Bu baxımdan ArcGİS proqram təminatı vasitəsi ilə geoməlumat bazasının yaradılmasında qarşıya çıxacaq topologiya ilə bağlı bir çox məsələlərin həlli vacib mərhələlərdəndir. Topologiya məkan obyektlərinin yüksək səviyyədə idarə edilməsini və digər məlumatlarla əlaqələndirilməsinin reallaşdırılması ilə seçilir. Vektor strukturlu verilənlər bazasında (turizm verilənlər bazası da buraya aiddir) spesifik xətaların müəyyən olunması üçün topologiyadan istifadə edilir. Topologiyanın imkanlarından istifadə etməklə qapanmamış konturları (poliqonları), birləşdirilməmiş və ya axıra çatdırılmamış xətləri, şəbəkədəki qırıqları, eyni obyektə iki adın verilməsini müəyyən etmək mümkündür. Turizm bazasında topologiyanın aparılmasının üstün tərəflərindən biri də ondan ibarətdir ki, o, üçölçülü modellərin hazırlanması proseduralarına da müsbət təsir göstərəcəkdir.
Praktiki olaraq topologiyanın aparılması üçün Autodesk 3D MAP və ArcGİS proqram təminatlarından istifadə ediləcəkdir. Bu proqramlarının funksional imkanlarından istifadə etməklə birinci mərhələdə topologiyanın ümumi vəziyyətinə baxılması sonra turizm bazasında topoloji xətaların aradan qaldırılması üçün ArcGİS proqram təminatına müraciət edilməsi nəzərdə tutulur.
Coğrafi İnformasiya Texnologiyalarının potensialı olduqca genişdir. Buna misal olaraq torpaq kadastrı, daşınmaz əmlak kadastrı, ekologiya sahəsini göstərmək olar. CİT məhdudiyyət tanımır və ildən- ilə çoxlu müxtəlif sahələrə tətbiq edilməklə səciyyələnir.

Alıyev Elvin

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com