Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Türkiyə erməni miqrantların yeni axını ərəfəsində

Bu gün Türkiyə silahlı toqquşmaların davam etdiyi qonşu ərəb ölkələrindən olan qaçqınlar üçün sığınacağa çevrilmiş ölkələrdən biridir.

Türkiyədə təkcə Suriya qaçqınları sığınacaq tapmayıb. Ölkədə erməni qaçqınlar da çoxluq təşkil edir. Onlar minimum 13 ildir ki, burada yaşayır və bununla yanaşı, ölkəyə düşmən münasibətlərini gizlətmirlər.

Ermənilər türklərə düşməncəsinə yanaşsalar da, tarix göstərir ki, türklər ermənilərin ən çətin anlarında onlara humanistcəsinə yanaşıblar.

Hazırda Türkiyədə təqribən 100 min qeyri-qanuni erməni miqrant yaşayır. Və bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini təsdiq edir.

R.T.Ərdoğan söyləmişdi ki, Türkiyə vaxtilə ölkədə qeyri-qanuni yaşayan bütün erməniləri deportasiya edə bilərdi. Prezidentin sözlərinə görə, hazırda Türkiyədə 100 min Ermənistan vətəndaşının yaşaması o deməkdir ki, ölkədə ermənilərə qarşı heç vaxt ayrı-seçkilik olmayıb.

Həqiqətən də Türkiyədə ermənilərə qarşı ayrı-seçkiliyin olmaması onların qazanc dalınca bu ölkəyə mühacirət etməsinə səbəb oldu. Ermənistan əhalisinin 3 milyon olduğunu nəzərə alsaq, Türkiyədə qeyri-qanuni erməni miqrantların sayının 100 mindən çox olması böyük göstəricidir.

Hələ ilin əvvəlindən məlum idi ki, Ermənistan iqtisadi iflas fonunda güclü daxili çaxnaşmanın astanasındadır.

Yerevandakı aksiyalar davam edərsə, istisna edilmir ki, səfil həyat sürən ermənilər Ermənistandakı aclıqdansa, “düşmən” Türkiyənin ağuşuna atılmağı üstün tutacaq. Çünki onlar Türkiyənin mərhəmətinə bələddirlər və bilirlər ki, türklər dilənçiləri öz qapılarından qovmurlar.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]