Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

ÜDM il ərzində 5,3 faiz artıb

2015-ci ilin dörd ayı ərzində Azərbaycanda 16,6 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə,bu dövrdə ümumi daxili məhsulun 36,2 faizi sənayedə, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 13,5 faizi tikintidə, 10,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 2,0 faizi informasiya və rabitə xidmətlərində, 15,2 faizi isə sosial və digər xidmətlər sahəsində yaradılıb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil edib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]