Sorğu

Loading ... Loading ...

Təqvim

Июнь 2018
Пн Вт Ср Чт Пт Сб Вс
« Май    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

“Uğurlu karyeraya doğru addım!”

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Uğurlu karyeraya doğru addım!” layihəsi çərçivəsində YAP Gənclər Birliyi ofisində ilk təlim keçirilib.

Tədbirin açılış nitqində gəncləri salamlayan layihə rəhbəri Samirə Abdullayeva bildirib ki, “Uğurlu karyeraya doğru addım!” layihəsinin əsas məqsədi gənclərə sosial şəbəkələrdən düzgün istifadə edilməsi, CV yazılması və ofis proqramlarının öyrədilməsi vasitəsilə sərbəst olaraq karyeralarını qurmalarına və əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaqdır: “Layihə təlimlər vasitəsilə gənclərimizə sərbəst olaraq öz şəxsi bizneslərini qura bilməkdə və sosial şəbəkələrdən səmərəli istifadə etməkdə kömək olacaqdır. Düşünürəm ki, layihəm bu cəhətdən gənclərimiz üçün faydalı olacaqdır”.

Layihə rəhbərinin çıxışından sonra, təlimçi tərəfindən gənclərə İKT sahəsində yeniliklər, internet resurslarından və sosial şəbəkələrdən istifadə qaydaları, gənclərin şəbəkələşməsi barədə slaydlar vasitəsilə ətraflı məlumatlar verilib və iştirakçı gəncləri maraqlandıran suallar cavablandırılıb.

Sonda iştirakçı gənclərə layihə ilə bağlı bukletlər paylanılıb.

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com