Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Ukraynanın Sumsk vilayəti Azərbaycana kənd təsərrüfatı texnikaları satmaq istəyir

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Ukraynanın Sumsk vilayətinin qubernatoru Kloçko Nikolay Alekseyeviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir ki, görüşün məqsədi Azərbaycanla Sumsk vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi olub.

Nazir müavini qonaqları səmimi salamlayaraq 9-cu “CaspianAgro” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirak etdiklərinə görə təşəkkürünü bildirib və son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, elektron kənd təsərrüfatı sisteminin tətbiq olunması istiqamətində görülən işlər barədə geniş məlumat verib və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb.

İ.Quliyev Azərbaycanın aqrar sahədə dost Ukrayna ilə baytarlıq və fitosanitar sahələrində fəal əməkdaşlıq etdiyini və bu əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib. O bildirib ki, taxılçılıq sahəsini inkişaf etdirmək üçün Azərbaycanda iri taxılçılıq təsərrüfatları yaradılır, buna görə də yüksək keyfiyyətli toxumla təminat məsələsini qarşı tərəflə müzakirə etmək məqsədəuyğun olardı. İ.Quliyev kənd təsərrüfatı sahəsində əməkdaşlığı daha da dərinləşdirmək üçün işçi quruplarının yaradılmasının vacibliyini söyləyib.

K.Alekseyeviç səmimi qəbula görə öz təşəkkürünü bildirib, sərginin yüksək səviyyədə təşkil olunduğunu, gələn il sərgidə daha çox Ukrayna şirkətlərinin təmsil olunacağını diqqətə çatdırıb və qeyd edib ki, Sumsk vilayəti əsasən kənd təsərrüfatı sahəsində ixtisaslaşıb, burada kənd təsərrüfatı texnikaları istehsal olunur və təmsil etdiyi vilayət Azərbaycanla bu istiqamətdə əməkdaşlıqda maraqlıdır.

Görüşdə kənd təsərrüfatının müxtəlif sahələri- taxılçılıq, toxumçuluq və cins mal-qara sahəsində əməkdaşlığın perspektiv imkanları müzakirə olundu.

Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko da iştirak edib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]