Sorğu

Loading ... Loading ...

Təqvim

December 2019
M T W T F S S
« Nov    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Üzərində İmadəddin Nəsiminin şəkli olan Basqal kəlağayıları hazırlanır

Qədim Basqalın tarixi abidələri, maddi-mədəniyyət nümunələri və dünyada tanınan kəlağayıları hər zaman qəsəbədə olan yerli və xarici qonaqların diqqətini çəkib. Bütün bu işləri ərsəyə gətirənlər isə Basqalda yaşayan və hər zaman yeni axtarışlarda olan, eyni zamanda, qədim adət-ənənələri yaşadan yerli sənətkarlardır. Onlardan biri də 63 yaşlı Mürşüd Talıbovdır.

AZƏRTAC xəbər verir ki, ixtisasca oymaçı olan usta, əlli ildir kəlağayı istehsalı ilə məşğuldur. Bu günə kimi saysız-hesabsız kəlağayı boyayıb naxış vuran Mürşüd Talıbov, ilk dəfə olaraq dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şəklini kəlağayı üzərinə köçürüb. Bu, basqallı ustanın həm də “Nəsimi ili”nə bir töhfəsidir.

Onun sözlərinə görə, digər naxışlı kəlağayılardan fərqli olaraq, Nəsiminin portreti həkk olunan kəlağayıların hazırlanmasına xeyli vaxt sərf edilib. Eyni zamanda, adi kəlağayılarda 1-2 rəng lazımdısa, bu kəlağayıların boyanmasında 5-6 rəngdən istifadə olunub.

Usta hazırladığı bu işlərdən əlavə, digər kəlağayıların üzərinə Nəsiminin Azərbaycan və xarici dillərə tərcümə olunan qəzəllərini də köçürmək niyyətindədir. Müxtəlif boyalardan və milli naxışlardan istifadə edilməklə ərsəyə gətirilən bu əl işləri görənlərin marağına səbəb olur.

Mürşüd Talıbov deyir ki, ötən əsrin 70-ci illərindən sovet hakimiyyətinin son dövrlərinə qədər Basqalda kəlağayı sənətini itirmək istəyirdilər. Kimin həyətində kəlağayı hazırlansaydı, o, ağır cəza ala bilərdi. “Amma ölkəmiz müstəqillik qazandıqdan sonra yenidən bu sənətə və sənətkarlara dövlət tərəfindən dəstək göstərilməyə başlandı. Bununla da Basqal kəlağayısı yenidən öz şöhrətini qaytardı. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində kəlağayı sənətinə çox yüksək qiymət verilərək, UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildi. Bu, bizi hədsiz sevindirdi. İndi əminliklə demək olar ki, kəlağayı sənəti özünün yeni inkişaf dövrünü yaşayır”, – deyə o qeyd edib.

Layihələr

previous arrow
next arrow
Slider

Xəbərlər arxivi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com