Sorğu

Loading ... Loading ...

Təqvim

Июль 2018
Пн Вт Ср Чт Пт Сб Вс
« Май    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Xəzər Əməkdaşlıq İnstitutunda Beynəlxalq Konfrans keçirildi

Xəzər Əməkdaşlıq İnstitutunda Beynəlxalq Konfrans keçirildi 26 Sentyabrda Moskva şəhərində Xəzər Əməkdaşlıq İnstitunda IV Xəzər Sammiti ərəfəsində regionun problemləri mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransa Azərbaycandan mərkəzimizin rəhbəri Prof. Çingiz İsmayılov və BDU-nun professorları Kamil Səlimov, Rüstəm Məmmədov və dosent Mehman Səmədov dəvət olunmuşdur.Konfransın plenar iclasında institutun baş direktoru Serqey Mixeyl məruzəsini təqdim etdikdən sonra Azərbaycanda Regional İnkişaf Mərkəzinin rəhbəri Prof Ç. Ismayılov “Qlobal çağırışların kəskinləşməsi şəraitində Xəzər regionunda təhlükəsizliyin təmin edilməsi” mövzusunda çıxış etmişdir. Məruzədə dünyada baş verən geosiyasi vəziyyətin dəyişməsi, onun Xəzər regionuna təsiri və bunun nəticəsində ümumi təhlükəsizliyin təmin edilməsi üsullarının müəyyən edilməsinə əsas diqqət yönəlmişdi. Həmçinin, məruzəçi ümumi təhlükəsizliyin təmini ilə yanaşı iqtisadi, sosial və ekoloji məsələlərin həll edilməsinə diqqət yönəltməyin vacibliyini vurğuladı. Burada Prof. Ç. İsmayılov xüsusi təklifləri irəli sürdü.
İqtisadi əməkdaşlıqda nazirliklər, təsərrüfatın müxtəlif sahələri üzrə inkişaf edən dövlətlərarası münasibətlərlə yanaşı, sahilyanı ərazilərdə yerləşən bələdiyyələrarası əlaqələrin yaradılmasının vacibliyini önə çəkdi. Belə ki, məhz sahilyanı bələdiyyələr səviyyəsində dövlətlərarası münasibətlərin inkişafı Xəzər regionunda iqtisadi, sosial, və ekoloji əməkdaşlağın daha da dərinləşməsinə inam yarada bilər.Məruzədə həmçinin ekoloji vəziyyətin idarə edilməsi üçün Xəzər regionunda mütəmadi aero fotoçəkilişlərin aparılmasının gündəliyə qoyulması haqqında təklif irəli sürüldü.
Konfransda Azərbaycan nümayəndələri ilə yanaşı, digər Qazaxıstanın Avrasiya Tədqiqatlar Mərkəzinin direktoru Talqat Kaliyev və Alternativa Aktual Tədqiqatlar Mərkəzinin direktoru Andrey Çevotaryov, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitunun əməkdaşları və digər nümayəndələr çıxış etmişdir. Konfransın sonunda çıxışlar əsasında tövsiyyələr qəbul olunmuşdur.

Prof. Çingiz İsmayılov

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com