Sorğu

Loading ... Loading ...

Təqvim

Май 2018
Пн Вт Ср Чт Пт Сб Вс
« Апр    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Xəzəryanı Ölkələrin Alimlərinin Beynəlxalq Forumu

Xəzəryanı Ölkələrin Alimlərinin Beynəlxalq Forumu 17-19 Sentyabr Həştərxan şəhərində Xəzəryanı ölkələri alimlərinin (Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan) Beynəlxalq Forumu keçirilmişdir. Forumun əsas məqsədi Sentyabrın sonunda Xəzəryanı dövlətlərin prezidentlərinin görüşü ərəfəsində elmi əsaslara söykənən tövsiyyələrin hazırlanması olmuşdur. Forum çərçivəsində Xəzərin ekoloji təhlükəsizliyi mövzusunda konfrans keçirilmişdir.Konfransda mərkəzimizin rəhbəri Prof. Çingiz İsmayılov “Xəzərin geosiyasi problemləri və onun həlli yolları” adlı məruzə ilə çıxış etdi. Çıxış dinləyicilərdə böyük maraq yaratdı və çoxsaylı sualların verilməsinə səbəb oldu. Məruzəçi öz çıxışında əsas diqqəti regionda təhlükəsizliyin təmin edilməsi, ümumi təhlükəsizlik məsələsinə yönəltdi. Məruzədən sonra yerli “Həştərxan” televiziyası və “Qolos Rossiya” radiosuna Prof. Çingiz İsmayılov daha geniş müsahibə verdi. Forum çərçivəsində eyni zamanda Xəzəryanı Universitetlərin Assosasiya Assambleyası keçirildi. Prof Ç. İsmayılov assosasiyanın koordinatoru kimi Azərbaycandan Assosasiyaya yeni üzv kimi Sumqayıt Dövlət Universitetini təqdim etdi və bu təklif qəbul olundu. Forumun sonunda alimlərin təklif və tövsiyyələri təqdim olundu.

Sofuyeva Aygün

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com