Sorğu

Loading ... Loading ...

Təqvim

September 2018
M T W T F S S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Partnyorlarımız

Xaçmazda 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi aprel ayınadək yekunlaşacaq

Xaçmaz rayonunda inşa olunan Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi aprel ayınadək başa çatdırılacaq. Səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun uzunluğu 29 kilometrdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda yol yatağı genişləndirilərək yenidən qurulur. Bunun ardınca asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək.

Müasir standartlara cavab verən ikizolaqlı avtomobil yolu dördüncü texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsinin eni 6, yol çiyinləri ilə birlikdə isə 10 metr olacaq. Tikinti zamanı qrunt sularının axıdılması üçün lazım olan yerlərdə suötürücü qurğular yerləşdiriləcək.

Yolun tikintisi başa çatdıqdan sonra müvafiq yerlərdə yol nişanları qoyulacaq.

Xatırladaq ki, Xaçmaz rayonunun Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi üçün Azərbaycan Prezidentinin Sərəncamına əsasən 10,1 milyon manat vəsait ayrılıb.

AZƏRTAC

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com