Sorğu

Loading ... Loading ...

Təqvim

July 2020
M T W T F S S
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Xarici cinslərdən olan qoyunlar Azərbaycanın iqliminə uyğunlaşdırılır

Milli.Az xəbər portalının Kəpəz Tv kanalına istinadən verdiyi məlumata görə, xaricdən gətirilən damazlıq heyvanların ölkə iqliminə uyğunlaşmağında müəyyən çətinliklər yaranır. Bu isə məhsuldarlığın aşağı olmasına gətirib çıxarır.
Bu problemi nəzərə alan Azərbaycan Dövlət Aqrar Universitetinin alimləri heyvandarlıqda, xüsusilə də qoyunçuluqda məhsuldarlığın artırılması istiqamətində elmi-tədqiqatlar aparırlar. Aqrar universitetin əməkdaşları xarici cins qoyunların yerli iqlimə uyğunlaşdırılması istiqamətində təcrübələrini davam etdirirlər.
Təcrübənin nəticəsi kimi alınan mələzlər öz yüksək məhsuldarlığı ilə seçilir. Azərbaycan Dövlət Aqrar Universitetinin mütəxəssisləri rusiyalı həmkarları ilə xarici cins qoyunlar ilə yerli cinslərin çarpazlaşdırılması nəticəsində yeni mələzlər alıblar. ADAU-nun mütəxəssisi, kənd təsərrüfatı elmləri doktoru Qəmbər Abdullayev bildirib ki, yeni yarımtip �Hissar� cinsli ətlik cinsin toxumları ilə yerli �Bozdax� və �Qarabağ� cinsinin süni mayalandırılması və xüsusi seleksiya nəticəsində yetişdirilib.
Müsahibimiz yeni yarımtipin üstünlüklərindən də danışıb. Bu cins qoyunlar başqa cins qoyunlardan diri çəkilərinə görə fərqlənir. Belə ki, törədicilərin çəkisi 150-160 kq, ana qoyunlarınkı isə 80-90 kq olur. Yerli cinslərdə isə ana qoyunlar 45-50, törədicilər 80-100 kq arasında olur. Bu cins həm də tez yetişkənliyi ilə başqa cinslərdən fərqlənir. Bu cins 4 aylıqda artıq 45-40 kq çəkiyə malik olur.
Qəmbər Abdullayev bildirib ki, Azərbaycan Dövlət Aqrar Universitetində xarici damazlıq mal-qaranın yerli şəraitə uyğunlaşdırılması istiqamətində təcrübələr 2000-ci ildən
aparılır. Müsahibimizin sözlərinə görə, sonunda bu təcrübələr öz nəticəsini verib. Belə ki, bu il mayalandırılan 60 baş qoyun 40 əkiz bala verib. Quzuların diri çəkisi isə 4 kq olub. Müsahibimizin sözlərinə görə, bu mələzlər Azərbaycanın ətə olan tələbatını yerli
istehsal hesabına ödəməyə imkan verəcək.

Milli.Az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]