XİN: Elmar Məmmədyarov və Sergey Lavrov Xəzərin hüquqi statusu, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparıblar

Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov arasında fevralın 1-də telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KİV-ə açıqlamasında telefon danışığı zamanı nazirlərin regional və beynəlxalq gündəliyə aid mövzular, o cümlədən Xəzər dənizinin hüquqi statusu, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar və ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardıqlarını bildirib.

AZƏRTAC

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com