Sorğu

Loading ... Loading ...

Təqvim

Сентябрь 2018
Пн Вт Ср Чт Пт Сб Вс
« Май    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Partnyorlarımız

XİN prezident seçkiləri ilə əlaqədar Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında görülən işlərə dair məlumat yayıb

Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkili məqsədilə gücləndirilmiş rejimdə zəruri tədbirlər görülür. Bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin (XİN) müvafiq idarələrinin əməkdaşlarından ibarət işçi qrup yaradılıb və Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə iş aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin prezident seçkilərinə hazırlıq işləri ilə bağlı açıqlamasında məlumat verilir.

Qeyd edilir ki, Seçki Məcəlləsinin 2.3.-cü maddəsinə əsasən, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları seçkilərin və referendumun keçirilməsi zamanı Azərbaycandan kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Konstitusiyasının 3-cü və 56-cı maddələrində nəzərdə tutulan (seçki) hüquqlarının həyata keçirilməsinə kömək göstərməlidirlər. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 4.12.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları konsul dairəsində yaşayan və (və ya) müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarına seçki hüquqlarını həyata keçirmələrinə kömək göstərir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.6.-cı maddəsinə əsasən, səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi və səslərinin hesablanması üçün seçki məntəqələri seçicilərin olduğu ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olduqda səsvermə gününə azı 30 gün qalmış yaradılır.

Bununla əlaqədar, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 27 iyun 2003-cü il tarixli 4/25 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikası Prezidentinin seçkilərinin və referendumun təşkili haqqında Təlimat” mövcuddur.

Mərkəzi Seçki Komissiyasının təşəbbüsü əsasında Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkili ilə əlaqədar metodik təcrübə mübadiləsi məqsədilə martın 13-də Xarici İşlər Nazirliyində Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti, Xarici İşlər Nazirliyinin tərkibindəki sözügedən işçi qrupun üzvlərinin iştirakı ilə təlimin keçirilməsi nəzərdə tutulub.

Hazırda Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında konsulluq qeydiyyatında olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının – aktiv seçki hüququna malik seçicilərin sayı barədə məlumatlar XİN tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Azərbaycan Respublikasının 32 ölkədə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarında 41 məntəqədə seçki məntəqəsi yaradılması planlaşdırılır.

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com