Xəzər dənizinin Azərbaycan hissəsinin idarə olunması

Sahilboyu ərazinin artan cazibəsi iqtisadi potensialının inkişafını, əhalinin çoxalmasını və ətraf mühitin texniki təcavüz hallarını artırır. İqtisadiyyatın transformasiyası Xəzər dənizi sahilindəki ərazilərdə, xüsusilə də Azərbaycan hissəsində bu cur tendensiyaları yaradır. Bu ərazidə get-gedə artan neft-qaz hasilatı və emalı burada iqtisadi strukturun funksiyasını təkmilləşdirməyə yönəlmiş proqramların hazırlanmasını zəruriləşdirir. Buna görə də bu layihənin məqsədi Xəzər dənizinin Azərbaycan hissəsinin idarə olunması ilə bağlı proqramların işləyib hazırlaması, təbii resurslardan səmərəli istifadəni, iqtisadi inkişafı və ətraf mühitin qorunması məsələlərini təmin etməkdən ibarətdir.
Məqsədə uyğun olaraq aşağıdakı problemlər həll olunmalıdır:
� Təbii resursların, xüsusilə də neft-qaz hasili proseduralarını analiz etmək.
� Sənaye müəssisələrinin yerləşdirilməsi və inkişafının ilkin şərtini qiymətləndirmək.
� Yeni iqtisadi və sosial obyektlərin yaradılmasında, özəl və dövlət agentliklərinin qəbul etdikləri qərarların razılaşma səviyyəsini qiymətləndirmək.
� İnfrastrukturun inkişafının ərazi imkanlarını qiymətləndirmək.
� Regionun ayrı-ayrı bölgələri və əraziləri üçün ekoloji tutumunu optimal amil kimi qiymətləndirmək.
� Sənayenin ərazi bölgələrində tənasübsüzlüyün qarşısını almaq üçün məhdudlaşdırıcı amilləri aşkar etmək.
Layihənin praktiki qiymətləndirilməsi:
Bazar iqtisadiyyatına keçid və torpaqların özəlləşdirilməsi ilə bağlı yeni qanunvericilik aktlarının qəbul olunduğu şəraitdə, sənayenin ərazi sahələrin transformasiyası ilə bağlı bu praktiki tövsiyələr vaxtında həyata keçiriləcək. Bundan başqa, Xəzər dənizinin Azərbaycan hissəsindəki ərazilərin praktiki inkişafı ilə bağlı bu tövsiyələr regionun sonrakı inkişafında münaqişəli vəziyyətin yaranmasının qarşısını alacaqlar. Bu cür yanaşma Xəzər dənizinin sahilboyu ərazilərin nadir təbiətini qoruyan mühüm bir amilə çevriləcək.

“Azərbaycanda Regional İnkişaf Mərkəzi”

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com