Yararsız mallar satışdan çıxarılmışdır

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir. Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Nəsimi rayonunda İslam İsmayılova məxsus mağazada, �Citimart�, �Neptun�, �Çinar�, Səbail rayonunda �Planet� marketlərdə, Eyvaz Baxşəliyevə, Püstə Rəcəbovaya, German Bekerova, Telman Əlizadəyə, Tarayəddin Səmədova məxsus mağazalarda, Binəqədi rayonunda �Baku-Mart�, Nərimanov rayonunda �Koka-kola�, �İlqar�, �Şəms� marketlərdə ümumi çəkisi 160 kiloqramdan artıq saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkarlanmış, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati cərimələr tətbiq ediləcəkdir.İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

AzərTAc

Layihələr

previous arrow
next arrow
Slider

Xəbərlər arxivi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com