Sorğu

Loading ... Loading ...

Təqvim

Август 2018
Пн Вт Ср Чт Пт Сб Вс
« Май    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Yerin forması və coğrafi koordinatlar


Şəkil 1: Yer ellipsoidi və onun elementləri
Yer ellipsoidinin elementləri aşağıdakı hərflərlə işarə edilir:
a � böyük (ekvatorial) yarımox
b – kiçik (qütb) yarımox
α = a-b/a- yer ellipsoidinin basıqlığı
a=6378245m (6378,245 km)
b=6356863m (6356,863 km)
a-b=21382m
α=1/298,3
ekvatorun uzunluğu-40075704m (40075,704 km)
meridianın uzunluğu-40008548m (40008,548 km)
Yer səthi nöqtələrinin ellipsoid üzərində vəziyyətini təyin etmək üçün coğrafi koordinatlar sistemindən istifadə olunur. Coğrafi koordinatlar sferik koordinatlardır. Coğrafi koordinatlar en və uzunluq dairələrindən ibarətdir.
Yer ellipsoidi öz kiçik oxu PP1 ətrafında fırlanır (şəkil 1). Həmin oxun ucları qütb adlanır. P-şimal, P1 isə cənub qütbüdür. Ellips qütb oxu ətrafında fırlanarkən, onun hər bir nöqtəsi bir çevrə cızır ki, buna da paralel (MM1) deyilir. Ən böyük paralelə də ekvator deyilir. Demək, paralellər və ekvator ellipsoidin fırlanma oxuna perpendikulyar olan müstəvilərlə kəsişmə xətləridir. Ekvator müstəvisi yer ellipsoidinin mərkəzindən keçir. PP1 fırlanma oxundan keçən hər hansı bir müstəvi ellipsoidlə kəsişdikdə ellips əmələ gətirir ki, bu da meridian adlanır.
Uzun zaman hər bir ölkə özü üçün başlanğıc meridian (İngiltərədə Qrinviç, Rusiyada-Pulkovo, Fransada-Paris meridianları və s.) qəbul etmişdi. Hazırda əksər ölkələr 1884-cü ildə Vaşinqtonda çağırılmış Beynəlxalq Coğrafiya konqresinin təklif etdiyi Qrinviç meridianını başlanğıc meridian qəbul etmişdir.
M׳ nöqtəsində ellipsoidə toxunan NN׳ xəttinə olan perpendikulyara həmin nöqtədə ellipsoid səthinə normal (M׳O׳) deyilir. Normal ilə ekvator müstəvisi arasında qalan bucağa nöqtənin coğrafi en dairəsi deyilir və φ ilə işarə edilir.
Coğrafi en dairəsi ekvatordan şimala və cənuba 0� -dən 90� -yə qədər dəyişir: şimala müsbət, cənuba isə mənfi işarə qəbul edir.
Meridianlardan biri başlanğıc, yaxud sıfır meridianı qəbul olunur. Başlanğıc meridian müstəvisi ilə verilmiş nöqtədən keçən meridian müstəvisi arasında qalan ikiüzlü bucağa həmin nöqtənin coğrafi uzunluq dairəsi deyilir və λ ilə işarə olunur. Hal-hazırda başlanğıc meridian Qrinviçdən keçən meridian hesab olunur. Uzunluq dairələri başlanğıc meridiandan hər iki tərəfə 0�-dən 180�-dək hesablanır, həm də şərqə müsbət, qərbə isə mənfi işarə qəbul edir.
Coğrafi koordinatlar nöqtənin vəziyyətini yer səthində deyil, ellipsoid səthində təyin edir. Yer səthində nöqtənin vəziyyətini tamamilə bilmək üçün üçüncü bir koordinatı � nöqtənin okean səthindən olan yüksəkliyini də bilmək lazımdır.
Yer kürəsi öz oxu ətrafında fırlanaraq 24 saat ərzində bir dəfə tam dövr edir. Bu zaman 0�-dən 360�-yə dönür. Bunu bilərək yer səthinin hər hansı bir nöqtəsi üçün vaxtı təyin etmək olar. Bunun üçün yerin səthini saat qurşaqları üzrə bölüb nəticədə hər biri (360�:24=15�) 15�-dən ibarət 24 saat qurşağı almaq olar. Beynəlxalq sazişə əsasən London şəhərindəki Qrinviç rəsədxanasından keçən meridianı saatın hesablanması üçün başlanğıc meridian kimi qəbul etmək qərara alınmışdır.
Müxtəlif hallarda kosmik (fəza), peyk geodeziyasında və astronomiyada düzbucaqlı (müstəvi, fəza) və qütb (sferiki və ellipsoid) koordinat sistemlərindən istifadə olunur. Koordinat başlanğıcının haradan götürülməsindən asılı olaraq bir neçə koordinat sistemi var. Qeosentrik koordinat başlanğıcı Yer kütləsinin ortasından, Geodeziya referens isə ellipsoidin mərkəzindən götürülür. Yerin səthində topomərkəzdən hesablanan koordinatların oriyentasiyası ya ulduz inersiyasında və ya geodeziya sistemdə verilir. Peyklə ölçmə aparanda əsas iki koordinat sistemindən istifadə olunur. Onlardan biri Yerlə sıx əlaqədardır. İkincisi isə əhatə (fəza və ya ulduz) məkandır. Peyk texnologiyasının köməyi ilə obyektin yer koordinat sistemində vəziyyətini təyin etmək üçün, biz peykin vəziyyətini yer koordinat sistemində bilməliyik.

Alıyev Elvin

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com