Yerli icmaların və yerli bələdiyyələr üçün seminarın təşkili

Cənubi Qafqazın quru və yarım-quraq ekosistemlərində aqro-bioloji müxtəlifliyin Qorunması və Davamlı istifadəsi üçün adaptasiya cavabının İqlim Dəyişikliyinə Uyğunlaşması və Həyata keçirilməsi

Keçən ilin dekabr ayında Avropa Birliyinin Qafqaz Regional Ekoloji Mərkəzinin dəstəyi ilə bizim mərkəzimizin Şamaxı rayonunda bələdiyyə işçilərinin fəaliyyətinin təkmilləşdriliməsi istiqamətində yerli əməkdaşlarla qısamüddətli treninq kursu keçirilmişdir. Keçirilmiş treninq kursunun əsas məqsədi yerli bələdiyyə qurumlarının fəaliyyət səviyyəsinin artırılması və bələdiyyə işçilərinin yerli icmalarla daha sıx əlaqəsinin artırılması və nəticədə mövcud yerli problemlərin daha qısa müddət ərzində həll edilməsinə yönəldilmişdir.
Treninq kursunda yerli bələdiyyə və icma nümayəndələrinin 30-dan çox dinləyicisi cəlb olunmuşdur. Treninq zamanı bələdiyyə işçilərinə Avropa Bələdiyyə qurumlarının fəaliyyətinin və təcrübəsinin müsbət nümunələri gətirilməş və yerli şəraitdə onun tətbiq edilmə imkanları dinləyicilərə izah edilmişdir. Bələdiyyələrin fəaliyyətində ən vacib məsələlərdən biri lazım maliyyə resurslarının əldə edilməsidir. Bu baxımdan yerlərdə maliyyə resusrlarının əldə edilməsi üçün potensial imkanlar araşdırılmalıdır.

Layihəni maliyyələşdirən: REC Caucasus – dekabr 2012
Keçirildiyi yer: Şamaxi şəhəri 17-20 dekabr 2012
Mövzu: Yerli icmaların və yerli bələdiyyələr üçün seminarın təşkili.

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com