Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Yunanıstan: Etibarlı tərəfdaş olmağın əhəmiyyəti barədə

Yaxın zamana kimi hər hansı Avropa ölkəsinin iflas ərəfəsində olduğuna inanmaq çətin olardı. Avropa İttifaqını təsis edənlər çətin ki, üzvlərindən birinin belə bir vəziyyətə düşəcəyi ittifaq yaratmaq istəyiblər, ancaq fakt fakt olaraq qalır.

İyunun 30-u müasir Yunanıstan üçün həlledici gün olmalı idi. İqtisadi defoltla qarşı-qarşıya duran ölkə Beynəlxalq Valyuta Fonduna (BVF) 1,6 milyard dollar ödəməklə “can çəkişməsini” uzada bilərdi. Belə olduğu təqdirdə, tunelin sonunda işıq görən kreditorlar Afinaya kömək edə, Aİ və BVF-nin maliyyə yardımı proqramını uzada bilərdi.

Ancaq Yunanıstanın Maliyyə naziri Yanis Varufakis Afinanın bu məbləği ödəyə bilməyəcəyini dedi, bu da faktiki olaraq, ölkənin iflası deməkdir. Proqramın uzadılması ilə bağlı kreditorlarla razılığın əldə olunmasına bəslənən ümid isə hər saat azalır.

Belə çıxır ki, yanvarda Yunanıstanı xilas etmək vədləri ilə hakimiyyətə gələn hökumət qarşısında duran tapşırığın öhdəsindən gələ bilmədi. Sol qüvvələrin populist şüarları və bəyanatlarını yunan xalqı dəstəkləsə də, onlara əməl olunmadı, bu da təəccüblü deyil.

Sipras hökuməti ilk gündən qeyri-müəyyən siyasətini və əvvəlki hökumət tərəfindən təsdiq edilmiş, ölkəni kifayət qədər etibarlı tərəfdaş kimi tanıdan layihələrə qarşı dividentlərin cəlb edilməsini seçdi. Söhbət, xüsusilə, SOCAR-ın Yunanıstanın qaz operatoru DESFA-dan 66 faiz pay almasından və Yunanıstanın Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Cənub qaz dəhlizi” layihəsində iştirakından gedir.

Əlbəttə, Yunanıstanın bir dəfəyə 300 milyard avroluq borcunu ödəməsini təsəvvür etmək çətindir. DESFA ilə 400 milyonluq müqavilə Aİ-nin antiinhisar komitəsinin müzakirəsindədir. Bu pul Afina üçün gərəkli olardı. Lakin belə bir vəziyyətdə də Yunanıstanın Baş naziri Aleksis Sipras dilindən qaçırdı ki, ölkə qaz operatorunun 51 faiz səhmlərini əlində saxlamağı düşünür.

“Cənub qaz dəhlizi”, daha dəqiq desək, layihənin seqmenti TAP-la da eyni vəziyyət oldu. Yunanlar gah əldə olunmuş razılığa sadiq olduqlarını, gah da layihənin istifadəsindən daha çox qazanc əldə etmək istədiklərini söylədilər. Layihənin möhtəşəm maliyyə göstəricilərini nəzərə alsaq, Yunanıstan tikinti, nəqliyyatdan qazanc əldə edə, tədarük olunan qazdan istifadə edə, on minlərlə vətəndaşını işlə təmin edə və ölkəyə xarici investisiyalar cəlb edə bilər.

Ancaq Afinanın özünü belə aparması nəticədə ölkəyə baha başa gəlir. Onlar nəinki vaxt və pullarını, həmçinin etibarlarını da – tərəfdaşlarını, investorları, hazırki və gələcək kreditorlarının etibarını itirirlər.

Buna əks davranış modeli seçməklə, Yunanıstan çox güman ki, özünün etibarlı tərəfdaş nüfuzunu korlamaz, kreditorlar da ondan üz döndərməzdi.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]