Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Zəlzələ ilə əlaqədar sığorta şirkətlərinə müraciətlər edilir

Bu gün səhər saatlarında Şəki rayonunda baş vermiş zəlzələnin fəsadları ilə əlaqədar Azərbaycanın sığorta şirkətlərinə müraciətlər daxil olmağa başlayıb.

“Atəşgah Sığorta”dan Trend-ə verilən məlumata görə, indiyədək şirkətə yeraltı təkanların hiss edildiyi Ağdaş rayonundan iki müraciət daxil olub. Zəlzələ nəticəsində evlərin divarlarında çatlar əmələ gəlib və bu rayonda əmlaklarını sığortalayan sakinlər kompensasiya üçün sığorta şirkətinə müraciət edirlər.

Şirkətdən deyiblər: “Bu faktlarla əlaqədar şirkətimizin əməkdaşları zərərin qiymətlərindirilməsi üçün yerlərə gediblər. Onlar yerlərdə ilkin qiymətləndirməni aparıblar və bir neçə gündən sonra artıq təfərrüatlar məlum olacaq”.

AXA MBASK sığorta şirkətinə isə Şəki rayonunun sakinlərindən 4 müraciət daxil olub. Şirkətdən bildiriblər: “Əməkdaşlarımız zəlzələnin fəsadları ilə tanış olmaq üçün hadisə yerində olublar. Ciddi dağıntı yoxdur, lakin evlərin divarlarında çatlar yaranıb. Təfərrüatlar hələ məlum deyil”.

Şəkidəki zəlzələ və qonşu rayonlarda hiss edilən təkanlarla əlaqədar “Ata Sığorta”, “Azsığorta”, “Azərsıgorta” şirkətlərinə isə hələ müraciətlər daxil olmayıb.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]