Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Zahid Oruc: Azərbaycan Beynəlxalq Bankı Milli Məclis qarşısında hesabat verməlidir

Azərbaycan Beynəlxalq Bankı (ABB) fəaliyyət hesabatını Milli Məclisin müzakirəsinə çıxarmalıdır.

Trend-in məlumatına əsasən, Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc bu təkliflə çıxış edib.

Z.Orucun sözlərinə görə, ABB-də dövlətin iştirak payı 51,07 faiz təşkil edir, bankın aktivləri isə 8 milyard manatı keçib: “Məsələn, sərəncamında yalnız 1 milyard manat olan Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti büdcə prosesində müzakirə edilir. Fərqin 8 dəfə olmasına baxmayaraq, ABB-nin xərcləri haqqında hesabat parlamentin müzakirəsinə təqdim edilmir. Təklif edirəm ki, bankın fəaliyyət hesabatı hökumətin hesabatına daxil edilsin və ya ABB nümayəndələri iclaslarımızda iştirak etsin”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]