Sorğu

Loading ... Loading ...

Təqvim

July 2020
M T W T F S S
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Zaqatalada üzümçülük və meyvəçiliyin inkişaf etdirilməsi diqqət mərkəzindədir


2011-ci ildə Zaqatala rayonunda üzümçülüyün və meyvəçiliyin inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.
Rayon icra hakimiyyətindən keçən il Muğanlı kəndinin ərazisində 4 hektarda yeni üzüm bağı salınmış, mövcud üzüm bağlarının sahəsi 60 hektara çatdırılmışdır. Bu bağların 26 hektarı bar verir. İl ərzində rayonda 587 ton üzüm istehsal olunmuşdur. Cari ildə rayonda üzüm bağlarının 100 hektara çatdırılması nəzərdə tutulur.
Rayonda ənənəvi sahələrdən olan meyvəçiliyin inkişafı da diqqət mərkəzindədir. 2011-ci il ərzində meyvə bağlarının bərpası və yeni bağların salınması istiqamətində əməli tədbirlər həyata keçirilmişdir. Becərilən meyvə bağları əvvəlki ilə nisbətən 400 hektar artırılaraq, 11 min 134 hektara çatdırılmışdır.
2011-ci ildə rayonda 26 min 462 ton meyvə istehsal olunmuşdur. Bu, əvvəlki illə müqayisədə 989 ton çoxdur.

AzərTAc

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]