Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Zeynal Nağdəliyev: “Seçkilərdə toz, zərrə qədər nöqsan ölkənin imicinə xələl gətirə bilər “

Ölkə başçısının tapşırığına əsasən, seçkilərdə şəffalıq təmin edilməlidir. Cənab Prezidentin istəyi bundan ibarətdir. Trend xəbər verir ki, bunu bu gün Azrbaycan Respublikası Prezidentinin Adminstrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müçavirədə deyib.

Z.Nağdəliyevin sözlərinə görə, bunun üçün seçki komissiyalarına lazım şərait yaradılıb: “O cümlədən insanların sərbəst şəkikldə səs verməsi üçün şərait yaradılıb. Bununla əlaqədar əlavə zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb”.

Z.Nağdəliyev qeyd edib ki, Prezidentin tapşırığına əsasən, bütün siyasi partiyaların hamısına bərabər şərait yaradılmalıdır: “Artıq 125 dairənin hər birində bunun üçün açıq və qapalı yerlər müəyyən olunub. Təşviqat dövrünə yaxın bu elan ediləcək”.

PA rəhbərinin müavinin bildirib ki, təşviqat lövhələri ilə də bağlı monitorinqlər keçirilib: “Sıradan çıxmış lövhələr bərpa ediləcək. Tarixi abidələrin üzərində təşviqat materiallarının yerləşdirilməsinin isə qarsısı alınıb”.

PA rəsmisinin sözlərinə görə, seçki siyahılarının tərtib edilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanları seçki komissiyaları ilə titanik işlər həyata keçirilib: “Bu gün də bu işlər davam etdirilir. Seçici siyahılarının tərtib edilməsi ilə bağlı mütləq ciddi iş aparmaq lazımdır. Bu işi dayandırmaq olmaz. Bu məsələdə DSK-lara lazım olan yardım göstəriləcək”.

Z.Nağdəliyev bildirib ki, seçki məntəqələrində artıq min ədəd veb-kameralar quraşdırılıb.

PA rəsmisinin fikrincə, növbəti seçkilərdə veb-kameraların sayını artırmaq lazımdır.

Z.Nağdəliyev, həmçinin əlavə edib ki, ünvanların dəqiqləşdirilməsi ilə əlaqədar bina və evlərin üzərində 15 mindən artıq nömrə quraşdırılıb.

Dairə seçki komissiyalarının sədrlərinin böyük təcrübəsi olduğunu deyən PA rəsmisi bununla belə onlara arxayınlaşmamağı tövsiyə edib: “Parlament seçkiləri yüksək şəffaflıq, demokratik şəraitdə keçməlidir. Bunun üçün hamı imkanı daxilində hər bir şeyi etməlidir ki, bu sınaqdan üzüağ, alnıaçıq çıxaq. Seçkilərdə xırda məsələ yoxdur. Bu sahədə toz, zərrə qədər nöqsan ölkənin imicinə xələl gətirə bilər”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]