Sorğu

Loading ... Loading ...

Təqvim

October 2018
M T W T F S S
« May    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

Partnyorlarımız

Zeytun bağları salınır

Bakının Zirə qəsəbəsində sahibkar Firuz Rzayev güzəştli kreditlərdən istifadə etməklə 200 hektar sahədə yeni zeytun bağı saldırır.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əhalinin ildən-ilə bu məhsula olan tələbatının artmasını, eləcə də respublikada fəaliyyət göstərən zeytun emalı müəssisələrinin xammalla təminatını nəzərə alaraq, 200 hektar sahədə zeytun bağının salınması üçün sahibkara 400 min manat güzəştli kredit ayrılmışdır. Layihədə Zirə qəsəbəsində istifadəsiz və sənaye tullantıları ilə çirklənmiş 200 hektar torpaq sahəsinin təmizlənməsi, aqrotexniki xidmət göstərilməklə əkinə hazırlanması və yüksək məhsuldar zeytun tinglərinin əkilməsi nəzərdə tutulur.
Bu məqsədlə Türkiyədən 100 min ədəd xüsusi növ zeytun tingi gətiriləcəkdir. Artıq tinglərin bir hissəsi gətirilmiş və əkin işlərinə başlanmışdır.
Yeni zeytun bağı 3-cü ildən başlayaraq məhsul verəcəkdir. Tam məhsula düşdükdən sonra ildə 2 min tonadək məhsul götürülməsi gözlənilir. Bu layihənin reallaşması 20 yeni iş yerinin açılmasına imkan verəcəkdir.

AzərTAc

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com