Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Ziyad Səmədzadə: Tikinti zamanı texnoloji intizama riayət edilməlidir

Azərbaycanda müasir standartlara cavab verən infrastruktur obyektlərinin tikintisi ilə peşəkarlar məşğul olmalı və onlar texnoloji prosesin bütün mərhələlərinə, eləcə də texnoloji və əmək intizamına riayət etməlidirlər. Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O, Azərbaycan rəhbərliyinin Bakının yaşayış binasında baş vermiş hadisəyə dərhal reaksiya verməsini təqdir edərək bildirib ki, dövlət bu istiqamətdə işi davam etdirir: “Bu onu göstərir ki, dövlət həmişə əhalıinin maraqlarını qoruyur”.

Z.Səmədzadə əlavə edib ki, hazırkı təhlükəsizlik sisteminin SSRİ dövründəkindən pis olduğunu söyləmək olmaz: “SSRİ dövründə texnoloji və əmək intizamına riayət edilməməsi səbəbindən baş vermiş bir çox iri fəlakətləri misal göstərmək olar”.

Qeyd edək ki, dünən Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]